Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirildi

20 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Müşahidə Şurasının qərarı ilə Agentliyin 2021-ci il qrant müsabiqəsi mövzuları və layihələrin qiymətləndirilməsi üzrə ekspertlərin ümumi siyahısı təsdiq olunub.

İclasda Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə konsepsiya sənədi layihəsi, QHT sektorunun institusional inkişafı və QHT layihələrinin maliyyələşdirilməsində özəl sektorun iştirakının təşviq edilməsi haqqında məsələlərə baxılıb və hər üç məsələ ilə əlaqadar müvafiq qərarlar qəbul edilib.

Sonda Müşahidə Şurası QHT sektorunun fəaliyətinə aid qəbul edəcəyi sənəd layihələri ilə bağlı ictimai müzakirələrin keçirilməsi barədə qərar qəbul edib.

www.yenicag.az

186
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100