!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-lərin təşkilatçılığı ilə toplanan yardım Türkiyəyə yola salındı - FOTO / VİDEO

!Reklam – Yazi

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə xeyli sayda insan tələfatı və genişmiqyaslı dağıntılarla nəticələnən zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün yardım kampaniyası həyata keçirilib.

İctimai Birliyin sədri Toğrul Allahverdili Yenicag.az-a açıqlamasında fəlakət baş verəndən sonra Prezident İlham Əliyevin qardaş ölkəyə öz dəstəyini nümayiş etdirdiyini xatırladıb.

O vurğulayıb ki, Azərbaycan Prezidentinin çağırışına qoşularaq dərhal rəhbəri olduğu təşkilatın bütün heyəti qardaş ölkəyə humanitar yardımlar toplamaq üçün səfərbər olub.

Onun sözlərinə görə, İctimai Birlik adından digər qeyri-hökumət təşkilatlarına da yardım aksiyasına qoşulmaq üçün müraciət edib.

Beləliklə, Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan-Kərkük Mədəniyyət Mərkəzinin sədri Məlahət Qurbanova, Ekspress şirkətinin rəhbəri Fikrət Məmmədov, F.M.D.I AZERBAIJAN MMC şirkətinin təmsilçiləri Fadal Bazzi və Abdul Bazzi, “Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və digər vətəndaş cəmiyyətinin nümayəndələri “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə başladılan yardım kampaniyasına qoşulublar.

Bununla da, ümumi dəyəri 54 min manat məbləğində olan uşaq bezləri, isti geyimlər, qida vasitələri, dərman və tibbi ləvazimatlar, eləcə də digər zəruri mal və məhsullar toplanıb və aidiyyəti şəxslərə təhvil verilərək Türkiyəyə yola salınıb.

QHT-lərin yardım aksiyası hazırda da davam edir.

 

 

 

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv