!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT sədrindən rus deputata ÇAĞIRIŞ: “Niyə səsiniz çıxmır?”

!Reklam – Yazi

Rusiyanın Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Bu yanaşma haqlı narazılığa səbəb olub.

İnterpress.az xəbər portalının baş redaktoru, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili bununla narazılığını sosial şəbəkə səhifəsində ifadə edib.

QHT sədri bununla bağlı Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri, rus əsilli Mixail Zabelinə çağırış edib.

Baş redaktor müraciətində rus əsilli deputata onun sevimli Rusiyasının Qarabağda bəslədiyi separatçı rejimini “Dağlıq Qarabağ Respublikası” adlandıraraq, erməni separatçılarının adından Ukraynadakı rus əsgərlərinə yardım göndərdiyini xatırladıb.

“Sizə sual verirəm: niyə səsiniz çıxmır? Ukrayna-Rusiya muharibəsi başlayan gündən Rusiyanın haqsız mövqeyini qorumaq üçün canfəşanlıq edirsiniz. Ancaq Milli Məclisinin deputatı olduğunuz ölkənin milli maraqları naminə bir kəlmə belə danışmırsınız. Məncə, indi düşünmək və qərar vermək zamanıdır yoldaş Zabelin. Sonra gec ola bilər” – T.Allahverdili əlavə edib.

Daha sonra deputat M.Zabelin jurnalistin statusuna rus dilində münasibət bildirməsi digər media və QHT nümayəndələrinin sərt reaksiyasına səbəb olub. Buna görə də deputatın rəyi narazılıqla qarşılanıb.

T.Allahverdili deputata Azərbaycanda yaşayan rusların ölkəmizin bərarhüquqlu vətəndaşları olduğunu xatırladıb. Onların arasına Vətən uğrunda şəhid olan qardaşlarımızın da olduğunu vurğulayıb.

“Arzu olunandır ki, siz də rus icmasını təmsil edən bir deputat kimi Azərbaycanın milli maraqlarının müdafiəsində aktiv olasınız” – baş redaktor deputata çağırış edib.

M.Zabelin isə Azərbaycan dilində danışa bildiyini iddia etsə də, bir cümlədə açıq aşkar neçə-neçə orfoqrafik, qrammatik və leksik səhvlərə yol verdiyi müşahidə olunub. Jurnalistlər isə deputatı Azərbaycan dilini bildiyi halda bu dildə niyə danışmadığına görə ittiham ediblər.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin qəbuledilməz olduğu barədə açıqlama yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Daha Azərbaycan MN Rusiya tərəfinə çağırış edib.

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv