!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qida sahəsində idxal-ixrac tamamilə elektronlaşdırılır

!Reklam – Yazi

Qida sahəsində idxal-ixrac tamamilə elektronlaşdırılır. Sahibkarlar bundan sonra bu əməliyyatlar üçün yalnız Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə müraciət etməlidirlər.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, agentlik rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin tətbiqi ilə daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl tədbirləri davam etdirir. Həmçinin Agentlik öz fəaliyyətində şəffaflığın təmin edilməsi, eyni zamanda sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da optimallaşdırılması və bu sahədə onlara dəstək verilməsi istiqamətində davamlı olaraq işlər aparmaqdadır.

İşin səmərəliliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan növbəti addım idxal prosesləri ilə bağlıdır. Belə ki, yeyinti məhsullarının idxal və ixrac əməliyyatları, fitosanitar nəzarət sahəsinə aid məhsulların ixrac prosesi, eyni zamanda bitki mühafizə vasitələrinin idxal prosesi artıq tam şəkildə elektronlaşdırılıb.

Hazırda baytarlıq sahəsində idxal və ixrac əməliyyatlarının, paralel olaraq fitosanitar sahədə isə idxal əməliyyatlarının elektronlaşdırılması və müraciətlərin sahibkarlar tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən “Şəxsi kabinet” vasitəsilə həyata keçirməsi üzərində işlər aparılır. Cari ilin may ayında qida sahəsində idxal-ixrac əməliyyatlarının tamamilə elektronlaşdırılması gözlənilir. Bu da öz növbəsində müraciətlərin daha sürətli icrasına və məlumat mübadiləsinin operativ həyata keçirilməsinə şərait yaradacaq. Müvafiq yeniliklərlə tanışlıq məqsədilə sahibkarlarla görüşlərin keçirilməsinə başlanılıb.

Qeyd edək ki, AQTİS-in infrastrukturu və fəaliyyətinin dayanıqlığının təmin edilməsi məqsədilə Agentliyin əsas infrastruktur serverləri və ehtiyatları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Data Mərkəzində yerləşdirilib. Eyni zamanda 2025-ci ilə qədər AQTİS-də bir çox yeni modulların hazırlanması da nəzərdə tutulur. Bu istiqamətdə görülən tədbirlər elektron xidmətlərin geniş tətbiqi ilə xidmət keyfiyyətinin yüksəldilməsi, sahibkarların “Şəxsi kabinet” vasitəsilə müraciətlərinin qəbulu, kağızsız izləmə sisteminə keçid, vaxta qənaət, xidmətlərdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır.

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv