!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qida texnoloqundan dondurma ilə bağlı HƏYƏCAN TƏBİLİ: “İnsanlar ölümlə üz-üzə qala bilər”

!Reklam – Yazi

“Dondurma da riskli qidadır və riskli qidalar kimi, istehsalatdan marketlərə dərin dondurucu ilə təmin olunmuş maşınlarda çatdırılması vacibdir”.


Yenicag.az xəbər verir ki, bunu qida texnoloqu Ağa Salamov “Facebook” səhifəsində qeyd edib.

Texnoloq bildirib ki, marketə gəlməmişdən öncə dondurma istehsal edən sexlərdə dərindən sanitar gigiyena qaydalarına riayət olunması mütləqdir və qanundur:

“Belə ki, istehsal sexlərində dondurma istehsal edən avadanlıqları, hər gün iş bitdikdən sonra və ya iş zamanı qida qalığı ilə çirklənməsi baş verdiyi təqdirdə təmizlənməsi də mütləqdir. Bu kimi qanunlardan yayınan və məsuliyyətsiz işləyən sexlər bir mənalı olaraq xəbərdarlıq edilmədən bağlanması təmin olunmalıdır. İnsan həyatını riskə atan bu cür işbazlar da məsuliyyətə cəlb olunmalıdır. Marketlərdə də saxlanma şəraiti heç ürəkaçan deyil və ümumiyyətlə nəzarət sisteminin sıfır olması və özbaşınalıqlar insanların həyatı bahasına başa gəlir ki, bu da ən azından zəhərlənmə ilə nəticələnir”.

Qida texnoloqunun sözlərinə görə, burada məsuliyyət həm istehsalçının, həm də marketindir:

“Bəzi marketlərin generator ilə təmin olunmaması, yəni elektrikin getməsi nəticəsində, donmuş məhsulların donunun açılması və elektrik təmin olunandan sonra yenidən donması da ağır zəhərlənmələrə yol açır. Mən hələ qapağı aralı qalan dondurucuları demirəm. Bir sözlə istehsaldan istehlakçıya sağlam qida ötürülməsi vacibdir. Burda da məsuliyyət bir başa həm istehsalçıların, həm də marketlərin üzərinə düşür. Əks təqdirdə qida zəncirində buraxılan kobud səhv nəticəsində insanlar zəhərlənə və ya ağır nəticə (ölümlə) ilə üz üzə qala bilər və qalırlar da”.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv