!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırğızın Tacikistanla münaqişədə ölən vətəndaşlarının sayı 34 nəfərə çatıb

!Reklam – Yazi

Qırğız Respublikasının Tacikistanla sərhədində silahlı münaqişə zamanı həlak olmuş sakinlərinin sayı 34-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi şənbə günü bildirib.

“Son məlumatlara görə, zərərçəkənlərin ümumi sayı 173 nəfər təşkil edir, onlardan 34-ü həlak olub”, – xəbərdə deyilir.

Nazirliyin məlumatına görə, 173 zərərçəkmiş arasında 31 hərbi, 1 tibb işcisi və 131 mülki sakin var. “Daha 10 zərərçəkmiş üzrə məlumatlar dəqiqləşdirilir”, – Səhiyyə Nazirliyində əlavə ediblər.

Toqquşmalar zamanı Qırğız Respulikasında onlarla bina dağıdılıb, onlar arasında məktəb, sərhəd zastavası və yanğınsöndürmə bölməsi var. Qarşıdurma zonasından 27 mindən çox insan təxliyə edilib.

Daha əvvəl nazirlikdə 33 nəfərin həlak olması haqqında bildirilib./Report/

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv