!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırğızıstan Tacikistana ərazi iddiası irəli sürə bilər

!Reklam – Yazi

Qırğızıstan aşkar edilmiş yeni hüquqi və tarixi sənədlər əsasında Tacikistana ərazi iddiaları irəli sürmək imkanını açıqlayıb.

Yenicag.az Interfax-a istinadla xəbər verir ki, bunu Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) rəhbəri Kamçıbek Taşiyev bildirib.

“Tacikistan bizə ərazi iddiaları irəli sürməkdə davam edir. Bir neçə gün əvvəl Qırğızıstanın bir çox ərazilərinin Tacikistana verildiyi barədə yeni sənədlər tapdıq. Bunu hüquqi və tarixi sənədlərlə də təsdiqləyə bilərik. Əgər Tacikistan ərazi iddialarından əl çəkməsə, onda bu sənədlər əsasında ərazi iddialarımızı irəli sürə bilər”, – deyə Taşiyev vurğulayıb.

O, Qırğızıstanın “on və yüz illər əvvəl qonşularına verilmiş torpaqları geri qaytarmaq gücünə və qabiliyyətinə malik olduğunu” deyib.

Xatırladaq ki, Qırğızıstan-Tacikistan sərhədində silahdan istifadə ilə növbəti böyük münaqişə 2022-ci il sentyabrın 14-də başlayıb. Hər iki tərəfdən ölən və yaralananlar olub. Qırğızıstan və Tacikistan bir-birini silahlı təcavüzdə ittiham edib.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv