!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırğızıstan Tacikistanla sərhədin delimitasiyasını başa çatdırır

!Reklam – Yazi

Qırğızıstan və Tacikistan sərhədin ümumi hissəsinin delimitasiyası prosesini yaxın vaxtlarda başa çatdırmaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bunu Qırğızıstan hökuməti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTX) rəhbəri Kamçıbek Taşiyev iki dövlətin hökumət nümayəndə heyətləri arasında aparılan danışıqları şərh edərkən deyib.

“Biz tezliklə bütün dövlət sərhədlərinin müəyyənləşdirilməsinin başa çatdırılması ilə bağlı yekun qərarı verəcəyik”, – deyə o bildirib.

Onun sözlərinə görə, hökumət nümayəndə heyətlərinin görüşü zamanı tərəflərə “bütün sərhəd məsələlərini həll etməyə” imkan verəcək sənəd imzalanıb.

Oktyabrın 2-də Qırğızıstanın vilayət mərkəzində Batkendə sərhədin delimitasiyası məsələsinə dair Qırğızıstan və Tacikistan nümayəndələrinin görüşü baş tutub. Danışıqlarda Qırğızıstan tərəfinə Taşiyev, Tacikistan tərəfinə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Saimumin Yatimov rəhbərlik edib.

Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası (keçid yerinin təsviri ilə dövlət sərhədinin müəyyən edilməsi və xəritədə çəkilməsi) üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir.

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv