!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qırmızı kitab”a daxil edilən bitkilər kəsildi: Cinayət işi başlandı

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırma nəticəsində Bakı şəhərinin Qaradağ, Masallı, Cəlilabad, Ağcabədi, İmişli, Sabirabad, Füzuli, Lerik rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazilərində, o cümlədən milli parkların ərazilərində qanunsuz ağackəsmə, qanunsuz balıq ovu, Azərbaycanın “Qırmızı kitab”ına daxil edilən bitkilərin kəsilməsi, meşə ərazisində sekvester edilmiş ağacların vəzifəli şəxslər tərəfindən mənimsənilməsi, o cümlədən milli qoruqların mühafizə rejimlərinin pozulması faktlarına görə 10 cinayət işi başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ağac və digər qorunan bitkilərin kəsilməsi nəticəsində 35 min manat məbləğində ziyan dəyib. Şəhər mühitində bitmiş və qeyri-maddi dəyəri ölçülməyən çoxilli ağacın qanunsuz götürülməsi faktı müəyyən edilib.

Cinayət işləri Cinayət Məcəlləsinin 256.3, 259.1, 308.1-ci və digər maddələri ilə başlanılaraq istintaqın aparılması üçün əsasən rayon prokurorluqları, həmçinin daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv