!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxs saxlanıldı

!Reklam – Yazi

Kürdəmirdə “Qırmızı kitab”a düşmüş bəzgək quşu ovlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Pirili kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini Ş.Abasov saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən bəzgək quşu götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv