!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qırmızı Körpü” postunun yaxınlığında yeni gömrük terminalı inşa ediləcək

!Reklam – Yazi

Qırmızı Körpü”, “Mazımqara”, “Samur”, “Biləsuvar”, “Astara” və “Şirvanlı” dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin edilməsi istiqamətində infrastruktur təkmilləşdiriləcək.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, “Qırmızı Körpü”, “Samur”, “Mazımqara”, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturunun təmiri, bərpası və “Qırmızı Körpü” və “Samur” gömrük postlarının yaxınlığında yeni gömrük terminalları (ticarətin asanlaşdırılması mərkəzləri) inşa ediləcək.

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv