!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qırmızı Ürəklər könüllüləri heyvan sığınacağına yardım etdi

!Reklam – Yazi

Qırmızı Ürəklər Fondunun könüllüləri “Pəncəli Ürəklər” aksiyası çərçivəsində
“Good World Animal Rescue and Protection” (GWARP) heyvan sığınacağını
ziyarət edərək qida yardımı ediblər.
Qırmızı Ürəklər Fondu fəaliyyətdə olduğu 3-il ərzində heyvanların müdafiəsi
istiqamətində bir çox sosial məsuliyyət layihələri həyata keçirərək cəmiyyətdə
evsiz heyvanlara dəstək mövzusunda fərqindəlik yaratmağa çalışır. Belə ki, fondun
məktəbli heyvansevər könüllüləri 6 saylı məktəb-liseyin şagirdləri Ayla Ağayeva,
Xədicə Əliyeva “Landau məktəbi”nin şagirdi Sima Hüseynzadə, “Azerbaijan
British College”in şagirdi Məryəm Hüseynzadə, Xəzər Universiteti Dünya
Məktəbinin şagirdləri Said Aslanov və Cavad Aslanov məktəblərdə yarmarkalar
təşkil edərək bu aksiya üçün ianə toplayıblar. Toplanan məbləğ ilə heyvan
sığınacağına qida üyüdən aparat ianə edilib. Həmçinin bu layihə çərçivəsində
müxtəlif restoran və otellərlə danışıqlar aparılıb ki, artıq qalan uyğun qida
tullantıları toplanaraq heyvan sığınacağına göndərilsin.
Sevindirici haldır ki, layihənin təşəbbüskarları 12-16 yaşlı məktəbli könüllülərdir.
Onlar Fondun layihələrindən ilhamlanaraq təbiətin, canlıların qayğısına qalmaq və
bu mövzuda töhfə vermək üçün müraciət ediblər.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü
əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam
edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara
yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti,
gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə
etmək olar.

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv