!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qış mövsümündə faydalı və zərərli qidalar

!Reklam – Yazi

Qış fəslində orqanizm daha çox vitamin tələb edir. Ona görə də mütəxəssislər qeyd edirlər ki, qış mövsümündə xəstəliklərdən qorunmaq üçün ilk növbədə vitamin və faydalı qidalar vasitəsilə orqanizmi möhkəmləndirmək lazımdır. Qış fəslində ən çox istifadə edilən qidalardan biri də turşular olmasına baxmayaraq, tez-tez onun zərərləri və zəhərlənməyə səbəb olması hadisələri ilə rastlaşırıq. Hazırda dükan və bazarlarda turşuların açıq şəkildə müxtəlif taralarda satıldığının şahidi oluruq.

Qida ekspertləri isə qeyd edirlər ki, ümumiyyətlə alınan hər bir qida məhsulunun etiketini tələb etmək lazımdır, çünki bağlı şəkildə alınan konservlər, turşular, şirniyyatlar, hazır bişirilmiş un məmulatlarının mənşəyi məlum deyilsə, ciddi təhlükə daşıyır.


Yenicag.az xəbər verir ki, qida mütəxəssisi Seymur Qafarov mövzu ilə bağlı deyib: “Hazırda həmin məhsulların istehsalı ilə məşğul olaraq onun yarımfabrikat şəkildə satışını həyata keçirən müəssisələr var. Bu zaman əldə olunmuş məhsulun üzərindəki etiket məmulatlarına, istehsalçının adı, hüququ ünvanı, istehsal olunmuş məhsulun saxlanılması üçün nəzərdə tutulmuş temperatur və rütubət göstəriciləri, 100 qram məhsulun tərkibindəki qida və kalori dəyəri və digər məlumatlar öz əksini tapmalıdır”.

Mütəxəssislər isə tövsiyə edirlər ki, soyuq aylarda balanslı qidalanmaq lazımdır. Eyni zamanda havaların soyuması gündəlik yeməyin qəbuluna təsir etməməlidir, gün ərzində çoxlu su içilməlidir.

Diyetoloq Leyla Zülfüqarlı deyib: “Payız-qış mövsümü daha çox tərəvəz yeməyə məcbur edən mövsümdür. Tərəvəzlərin bir çox çeşidləri, məsələn, kök və kələmin bir çox növlərindən daha çox istifadə edilməlidir. Qışda xüsusilə kələmin bir çox növləri – qırmızı kələm, Brüssel kələmi, brokkoli, kahı və s. növləri ilə daha çox qidalanmaq lazımdır”.

Qida məhsullarını alarkən istehsal tarixi, saxlama müddəti və şəraitinə əməl etmək lazımdır. Əks təqdirdə sağlamlıq təhlükə altına düşmüş olur.

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv