!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qışda temperatur necə olacaq?

!Reklam – Yazi

Proqnoza görə, qış fəslində qlobal temperaturun fəsillik norma ilə müqayisədə 1 dərəcəyə kimi yüksək olması ehtimalı 60 faiz təşkil edir.

Yenicag.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

U.Tağıyeva bildirib ki, dünya təcrübəsində uzunmüddətli proqnozların verilməsi çox çətin və elmi məsələdir. Hazırda bu məsələ ilə Ümumdünya Meteorologiya Təşkilatının maliyyə dəstəyi ilə yaradılan qlobal mərkəzlər məşğul olur. Onların hazırladığı proqnozlardan bütün üzv dövlətlər istifadə edir. Həmin məlumatlara istinadən fəsillik proqnoza görə qış fəslində qlobal temperaturun fəsillik norma ilə müqayisədə 1 dərəcəyə kimi yüksək olması ehtimalı 60 faiz təşkil edir.

“Bir ay öncədən dekabrda havanın necə olacağı ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Söylənilən istənilən informasiya fərziyyə səviyyəsində olacaq. Bütün ölkələrdə etibarlı proqnoz qısa zaman kəsiyində verilən – 1-3 günlük proqnozlar hesab olunur. Çünki istənilən ölkədə hava dəyişikliyini qonşu ölkədən gələn siklon və ya antisiklon təyin edir. Həmin hava kütləsinin yaranması, sönməsi 3-5 gün davam edir. Ona görə də üçgünlük informasiya daha etibarlıdır. Həftəlik proqnozlar verilsə də, onlar hər gün mütləq dəqiqləşdirilir”, – deyə nazir müavini qeyd edib./Azertag/

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv