!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qiyam haqqında qanun dəyişdirilir: Kataloniya separatçıları azadlığa buraxılacaq?

!Reklam – Yazi

İspaniyanın koalision hökuməti qiyam haqqında qüvvədə olan qanunu dəyişdirməyə hazırlaşır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu planı İspaniyada hökumət koalisiyasının əsasını təşkil edən sosialistlər açıqlayıblar.

Qeyd olunur ki, sözügedən qanuna nəzərdə tutulan dəyişikliklər reallaşarsa, o halda separatizm ittihamı ilə həbs olunmuş Kataloniya liderləri azadlığa buraxıla bilər.

Məlumata görə, 1822-ci ildə qəbul edilmiş qanuna əsasən, qiyama təhriketmə əməli qanunun tətbiqinə qarşı güc və başqa vasitələrin istifadə olunduğu kütləvi üsyan kimi qiymətləndirilir. Bu cinayətə görə 15 il həbs cəzası nəzərdə tutulur.

Xatırladılır ki, Kataloniya əyalətinin İspaniyadan ayrılmasına yönəlik hərəkatın 9 lideri 2019-cu ilin oktyabrında məhz həmin qanun əsasında 9-13 il müddətinə azadlıqdan məhrum ediliblər.

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, bu barədə qanunvericilik təşəbbüsü ilə çıxış edəcəklər və təkliflərinin müsbət qarşılanması irəliyə doğru addım olacaq.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv