!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qiymət artımı ilə bağlı BƏDBİN PROQNOZ: "Mövcud gedişat bahalaşmaya səbəb olur və..." - İqtisadçı

!Reklam – Yazi

“İndiki iqtisadi böhran fonunda Azərbaycan məhsullar əldə etdiyi xarici ölkələrə qarşı alternativ mənbələr tapmalıdır”.

Bu sözləri böyük marketlərdə siqaretlərin qiymətinin bahalaşmasına münasibət bildirən iqtisadçı Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məhsulun qiymətinin bahalaşması çəkilən xərclərdən asılıdır:

“Məhsulun istehsalı üçün tələb olunan xammalın qiyməti, daşınması və sairə bu kimi məsələlər qiymətin formalaşmasına ciddi təsir edir. Siqaretin qiymətinin bahalaşması tütünün xaricdən ixrac olunması ilə bağlıdır. Ölkədə tütün istehsal olunsa da, daxili tələbatı ödəmək üçün yetərli deyil. Azərbaycana tütün, əsasən, Ukraynadan gəlir. Lakin hazırda Rusiya-Ukrayna müharibəsinin davam etməsi nəricəsində dünya iqtisadiyyatına ciddi zərərin dəyməsi hər kəsə məlumdur. Azərbaycan bu istiqamət üzrə ölkədə qiymətlərin daha da bahalaşmaması üçün müvafiq addımlar atsa da, piştaxtalarda qiymət artımı müşahidə olunur.

Ümumilikdə, hazırkı gedişat bütün sahələrə təsir göstərsə də, xüsusilə Rusiya və Ukraynadan əldə olunan məhsulların qiymətində artım yenə baş verəcək. Məsələn, Azərbaycan buğdanı Rusiya, Ukrayna və Qazaxıstandan alır. Rusiya və Ukrayna birlikdə dünyanın buğda tələbatının 30 faizini təmin edir. Bu iki ölkə arasında müharibənin davam etməsi dünyanın qida böhranının astanasında olmasına yol açır. Problem tək buğda ilə kifayətlənmir. Ölkəmiz şəkər, qarabaşaq, o cümlədən yağ məhsullarını Rusiya, Ukrayna və Belarusdan əldə edir. Təəssüf ki, hazırda bu məhsulların qiymətində bahalaşma var. Bu gün Ukrayna öz məhsullarını dünyaya çıxarmaqda çətinlik çəkir. Dünyada baş verən proseslərin bir-biriylə asılılığını nəzərə alsaq, mövcud gedişat qiymətlərin bahalaşmasına səbəb olur və bu proses davam edəcək. Ona görə də Azərbaycan məhsullar əldə etdiyi xarici ölkələrə qarşı alternativ mənbələr tapmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

679
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv