Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qiymət artımında GÖMRÜK BARMAĞI: “Xaricdə beş manata satılan mal bizdə…”

“Xaricdə 5 manata alınan mal Azərbaycan bazarında 10 manata satılır”.

Yenicag.az-ın məlumatına görə, bunu idxal olunan malların ölkəmizdə baha qiymətə satılmasına təsir edən amilləri dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, normal çalışan iqtisadi sistemdə, bazar iqtisadiyyatında süni qiymət artımı olmur:

“Bir məhsulun qiyməti artırsa, o zaman iki yol var. Dövlət ya daxili istehsalı stimullaşdırır, ya da gömrük rüsumlarını və vergiləri azaldır. Eyni zamanda istehsalçılara dəstək olur, ucuz və uzunmüddətli kreditlərə çıxışı təmin edir, istehsalçılara vergi güzəştləri tətbiq edir. Yerli istehsalı mümkün olmayan və ya çox az olan mallar üçün isə rüsumları sıfırlayır, vergiləri azaldır ki, bazara ucuz mal daxil ola bilsin.

Azərbaycanda isə rəqabətli mühit təmin edilmir, sosialyönlü mallara rüsumlar sıfırlanmır, ölkədə istehsalı az və ya heç olmayan mallara ƏDV ləğv edilmir və ya azaldılmır. Nəticədə qiymətlər şişir, sonra da məmurlar TV-lərə çıxıb “süni qiymət artımı var”, deyirlər. Gömrük Komitəsi və Vergilər İdarəsi tez-tez bəyan edirlər ki, biz plandan artıq rüsum-vergi yığdıq, elə bil böyük iş görüblər, hələ də etiraf etmək istəmirlər ki, ödənilən hər manat rüsum-vergi sonda alıcının, vətəndaşın cibindən çıxır”.

Natiq Cəfərli vurğulayıb ki, ölkə büdcəsinin 50%-i birbaşa Neft Fondundan transferdir. Yəni, xalqa məxsus olan neftin puludur:

“Büdcənin 10-12%-i neft şirkətlərinin ödədiyi vergilərdir ki, bu da neftin puludur. Qalan 40%-ə yaxın vəsaitin mənbəyində də dolayı neft pulu var. Belə ki, neftin pulu büdcəyə, sonradan 915 min büdcədən maaş alan insanlara gedir. Onlar həmin pulun 14%-ni büdcəyə, 3%-ni isə Sosial Müdafiə Fonduna vergi kimi geri qaytarırlar. Korrupsiyanı saymasaq, sonra büdcə vəsaiti təmir-tikintiyə gedir və ən azı 20%-ə yaxını müxtəlif yollarla vergi şəklində yenə büdcəyə qayıdır. Deməli, büdcənin neftdən asılılığı birbaşa və dolayı yolla 75% civarındadır.

Əlbəttə vergilər ödənilməli, rüsumlar olmalı və büdcəyə vəsait gəlməlidir. Amma bir incə məsələ var ki, vergi həmişə seçkiyə bağlıdır. Yəni, seçkili institutlar yoxdursa, verginin əhəmiyyəti olmur. Eləcə də vergi yoxdursa, seçkili institutların önəmi olmur”.

Gülşən Şərif

www.yenicag.az

474
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100