!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QİYMƏT DƏYİŞİKLİYİ - “Bu qəbildən olan məhsullara...” - İQTİSADÇI

!Reklam – Yazi

“Mövcud müharibə şəraitinə görə vətəndaşlar sözügedən məhsulun qiymətlərində bahalaşmanı görəcəklər”.

Bu sözləri şəkər məmulatlarının Rusiya-Ukrayna müharibəsi fonunda ixracının azalması nəticəsində yaxın dövr ərzində ölkəmizdə qiymətlərə təsirini dəyərləndirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, bu məhsulun qiymətlərində təxminən 20-30 faiz həcmində artım müşahidə olunacaq:

“Bildiyimiz kimi şəkər məmulatlarının böyük bir hissəsini Rusiya və Ukraynadan ixrac edir. Bu qəbildən olan məhsullara dünyada olduğu kimi, ölkəmizdə də çox ehtiyac duyulur. Azərbaycanda da onun istehsalı az həcmdə olduğundan xüsusilə, bu məhsulun idxalı həyata keçirilir. Əvvəlcədən də bu gözləntilərlə bağlı bir neçə dəfə proqnoz vermişdim. Belə ki, mövcud müharibə şəraitinə görə, vətəndaşlar sözügedən məhsulun qiymətlərində bahalaşmanı görəcəklər. Bu ilin sentyabr-oktyabr aylarında şəkər məmulatlarında təxminən 20-30 faiz həcmində qiymət artımı yaşanacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv