!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qiymətləndiricilər Cəmiyyəti yeni qanun layihəsinin müzakirəsində iştirak edəcək

!Reklam – Yazi

Cəmiyyətdən Yenicag.az-a bildirilib ki, görüşdə komitənin sədri Tahir Mirkişili və deputatlar Əli Məsimli, Mahir Abbaszadə, Aydın Hüseynov, Anar Məmmədov, AQC-nin sədri Vüqar Oruc, sədr müavinləri Ramil Osmanlı, Zamin Hüseynov, Fərid Rüstəmov, sədrin müşaviri Nüsrət İbrahimov və İdarə Heyətinin üzvü Elnur Əsədov iştirak ediblər.
Rəhbəri olduğu Cəmiyyətin fəaliyyəti barədə məlumat verən AQC sədri Vüqar Oruc qeyd edib ki, qurum ölkəmizin ilk kollektiv ictimai birliklərindən biridir. 1999-cu ildə qeydiyyatdan keçən cəmiyyət bu ilin may ayında keçirilən konfransdan sonra fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaq kursunu götürüb: “Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kompleks islahatlar həyata keçirilir. Hakimiyyətin bütün qollarını və bütövlükdə idarəetmə sistemini əhatə edən bu islahatlar idarəçiliyə yeni nəfəs gətirilməsini özündə ehtiva edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq biz də yenilənmək və inkişaf etmək xəttini tutmuşuq”, – deyə sədr diqqətə çatdırıb.

O vurğulayıb ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulu ölkə qiymətləndiricilərinin qarşısında geniş imkanlar açacaq: “Mövcud qanunun qəbul olunmasının üzərindən xeyli zaman keçir və bu qanun mövcud reallıqlara cavab vermir. Bu baxımdan yeni qanunun qəbulu labüddür. Biz bu qanunla bağlı təkliflərimizi müvafiq qurumlara və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim etmişik. Hesab edirik ki, qanunvericilik bazasının təkmilləşdirilməsi günün tələbidir və ən tez bir zamanda qiymətləndirmə fəaliyyətini tənzimləyəcək yeni qanun qəbul olunmalıdır”.

Qiymətləndirmə meyarlarının, nəzəri-metodiki bazanın vacibliyindən danışan AQC sədri əlavə edib ki, rəhbəri olduğu cəmiyyət beynəlxalq qiymətləndirmə standartlarının Azərbaycanda tətbiqi və milli qiymətləndirmə standartlarının formalaşdırılması ilə bağlı təkliflərini də Milli Məclisə təqdim edib:

“Əgər biz bu sahədə islahatların aparılmasını, bu sahədə şəffaflığa və peşəkarlığa nail olmaq istəyiriksə, təsadüfi bazar iştirakçılarının təbii yollarla sıradan çıxmasına nail olmalıyıq. Bu isə öz növbəsində qanunvericilik bazasının təkmilləşdirilməsindən keçir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bununla bağlı yeni qanun layihəsinə yönəlik təkliflər planını Milli Məclisə təqdim edib”.
Təkcə qiymətləndirmə sahəsində deyil, iqtisadiyyatın ayrı-ayrı seqmentlərində də fəal iştirak etmək niyyətində olduqlarını deyən Vüqar Oruc AQC sıralarında əsasən iqtisadçıların cəmləşdiyini diqqətə çatdırıb. O deyib:

“Qiymətləndirmə özü geniş bir anlayışdır və ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrini əhatə edir. Ümid edirik ki, Milli Məclisin aidiyyəti komitəsi və Azərbaycan hökumətinin aidiyyəti qurumları ilə birlikdə ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən qanunvericilik islahatlarına öz töhfəmizi verə bilərik”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili qiymətləndirmə sahəsində mövcud olan problemlərdən məlumatlı olduğunu və yeni qanunun qəbulu ilə bu sahədə nizam yaranacağına ümid etdiyini qeyd edib: “Təbii ki, bu sahədə neqativ hallar mövcuddur. Bizim də məqsədimiz bu sahədə şəffaflığın və peşəkarlığın təmin olunmasıdır.

Qanunvericilik bazasının təkmilləşdirilməsi, bu sahədə mövcud olan problemlərin həllinə nail olunması baxımından peşəkar qanun layihəsinin hazırlanması istiqamətində Azərbaycan Qiymtələndiricilər Cəmiyyəti ilə müzakirələr davam edəcək. Bu ilk təmasdır və yəqin ki, bundan sonra da davamlı olacaq. Cəmiyyət yeni qanunun qəbulu, beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi və milli qiymətləndirmə standartlarının formalaşdırılması ilə bağlı təkliflərini bizə təqdim edib. Biz bu sənədlərlə tanış olacağıq. Hər birimiz maraqlıyıq ki, Azərbaycanda peşəkar qiymətləndirmə meyarları formalaşsın. Bu mənada bizim sizinlə əməkdaşlıqdan ciddi gözləntilərimiz var”.
Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbər heyətinə daxil olan qiymətləndirmə şirkətlərinin rəhbərləri çıxış edib, öz təkliflərini diqqətə çatdırıblar. Görüş qarşılıqlı dialoq və müzakirələr formatında davam etdirilib.

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv