Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qiymətləndirmə mütəxəssisi: Prioritetimiz müştəri məmnuniyyətidir

Kəmalə İsmayılova: “VECON CONSULTING” Qiymətləndirmə şirkəti fəaliyyətinə məhz məqsədyönlü və professional yanaşması  ilə seçildiyinə görə qiymətləndirmə bazarının liderlərindəndir.

Yenicag.az xəbər verir ki, bu barədə qiymətləndirmə bazarında aparıcı şirkətlərdən olan “VECON CONSULTING” Qiymətləndirmə şirkətinin aparıcı mütəxəssisi olan Kəmalə İsmayılova İnsider.az-a müsabisində bildirib.

– Ölkə iqtisadiyyatının bazar istiqamətində inkişafına xas olan və özünəməxsusluğu, qeyri-standartlığı ilə ekspert fəaliyyəti istiqamətlərindən biri də daşınmaz əmlakın qiymətləndirilməsidir. Ümumilikdə mənzilin qiymətləndirilməsi hansı hallarda həyata keçirilə bilər?

– Daşınmaz əmlak bazarında ən çox tələbat olan xidmətlərdən biri mənzillərin qiymətləndirilməsidir. Mənzilin dəyərinin qiymətləndirilməsi daşınmaz əmlak obyektinə mülkiyyət hüququ və ya qiymətləndirilən daşınmaz əmlak obyektinə münasibətdə digər hüquqların bazar dəyərinin müəyyən edilməsini nəzərdə tutur.

Qiymətləndirmə əməliyyatı: girov dəyərinin müəyyən edilməsi, ipoteka sövdələşməsi həyata keçirilən zaman dəyərin təsdiqlənməsi, əmlak mübahisələri zamanı məhkəmə orqanları üçün bazar dəyərinin müəyyən edilməsi, mənzilin miras alınması, mənzil icarəsi (icarə haqqının qiymətləndirilməsi), mənzil satışı zamanı tələb oluna bilər.

Mənzilin girov və ipoteka məqsədilə bank tərəfindən qiymətlənidirlməsi sifariş edilirsə, qiymətləndirmə şirkəti tərəfindən müəyyən edilmiş dəyər əsasında bank girov məbləğini və ipoteka məbləğini müştəriyə təqdim edir.

Alqı-satqı zamanı alan və satan arasında olan prosesdə satıcı qiymətləndirmə şirkətinə real satış qiymətini öyrənmək və bazara çıxaracağı qiyməti bilmək üçün müraciət edir. İpoteka zamanı isə alıcı qiymətləndirmə üçün müraciət edir.

– Bu proses zamanı qiymət əmələgətirən amil kimi hansı xüsusiyyət və detallar nəzərə alınır?

– Əgər sırf mənzillərin qiymətləndirilməsindən danışılırsa burada nəzərə alınan və diqqət yetirilən qiymət əmələgətirən amillər çoxdur. Bir də qeyd edim ki, bu amillərin və detalların nəzərə alınması, qiymətləndirmədə böyük rol oynayır. Sözügedən amillərə  mənzilin yerləşdiyi yer, otaqların sayı, ümumi sahə (m2), rayonun əsas infrastruktur obyektlərindən məsafə, planlama, təmirin keyfiyyəti və dəyəri, yaşayış məkanının vəziyyəti, evin tikildiyi il və tipi, evin mərtəbəliliyi və s. daxildir. Bildiyiniz kimi mənzillər tikildikdən və təhvil verildikdən sonra çıxarışlar təqdim edilir. Mənzillər bu çıxarışların təqdiminə qədər satsa çıxarılarsa, çıxarışı olan evlərdən bir qədər ucuz qiymətləndirilir.

– VECON CONSULTING şirkəti, qiymətləndirmənin şəffaf, operativ aparılması və professionallıq  şərtlərinə əməl edərək, hansı müddətə hazır hesabatı öz müştərilərinə təqdim edir?– – Hər bir işdə olduğu kimi, bizim də işimizdə operativliyə böyük önəm verilir. Əməkdaşılarımız tərəfindən mənzildə keçirilən baxışdan 1 iş günü ərzində hesabat təqdim edilir. İpoteka mənzillərinin qiymətləndirilməsi sifarişçi bankın bütün tələblərini nəzərə alaraq aparılır. Mütəxəssis yaşayış məkanının texniki xüsusiyyətləri barədə məlumatları üzrə təqdim etdiyi yekun hesabatda, qiymətləndirmə üzrə aparılan hesablamaların metodikasını təsvir edir, qiymətləndirilən daşınmaz əmlak obyektinin dəyəri barədə əsaslandırılmış rəy verir.

Bir məqamı da qeyd edim ki, işin həcmindən də çox şey asılıdır. Bu səbəbdən də baxış zamanı dəqiqlik tələb olunur. Bu səbəbdən də mənzil və torpaq sahələri üçün hesabatlar 1 iş günü ərzində, digər obyektlər üzrə isə həcm və göstəricilərdən asılı olaraq 2-3 iş günü ərzində təqdim edilir.

Bununla yanaşı təcrübəmizdə hazırlanmasına üçün 3-4 gün və hətta 1 həftə sərf edilən hesabatlar da olub. Bu böyük ərazisi və avadanlığı olan “Dünyagöz”, “Mətanət A”, “Bakı Taksi”, “Ağ dağ”, “Saphir plaza”, “Min bərəkət halal nemət” kimi zavod, xəstəxana və şirkətlərdir.

– Hər bir şirkət üçün prioritet məsələ müştəri məmnuniyyətidir, bunu təmin etmək üçün hansı addımları atırsınız?

-Təbii ki, bizim əsas prioritetimiz müştəri məmnuniyyətidir. Biz bu məmnuniyyətin səviyyəsini müəyyən etmək üçün bu yaxınlarda “Müştəri məmnuniyyəti anketi” tərtib etmişik. Qiymətləndirmə üçün müraciət edən müştərilərimiz şəxsi məlumatlarını daxil edərək göstərilən xidmət və xidmət göstərən mütəxəssis haqqında rəylərini bildirirlər. Bu bizim üçün həm öz işimizə müştəri yanaşmasından baxmaq, həm də hansı nüanslara daha diqqətli olmağımızı müəyyən etmək üçün səmərəli və mükəmməl vasitədir. “VECON CONSULTING” Qiymətləndirmə şirkəti fəaliyyətinə məhz məqsədyönlü və professional yanaşması  ilə seçildiyinə görə qiymətləndirmə bazarının liderlərindəndir.

Səbinə Səmidxan

www.yenicag.az

226