!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qiymətlərin aşırı dərəcədə artırılması…” - Azərbaycanda siqaretə QADAĞA QOYULACAQ? AÇIQLAMA

!Reklam – Yazi

“Qadağalardan əvvəl cəmiyyət özü zərərli məhsulları iqnor etməlidir”.

Bunu Ukraynada siqaret, elektron maye və digər zərərli məmulatlara qoyulan məhdudiyyətlərin Azərbaycanda da tətbiq edilmə yollarını şərh edərkən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında deyib.

O, siqaretin zərərləri ilə bağlı ciddi təbliğat və maarifləndirmə işlərinə ehtiyac olduğunu bildirib:

“Siqaret istehsalçıları dünyanın öndə olan dövlətlərinə bağlı şirkətlərdir. Azərbaycanda da fəaliyyət göstərən elə həmin transmilli korporasiyalardır. Ukraynadakı kimi siqaret, tütün və elektron mayelərin satışını məhdudlaşdırmaq üçün hakimiyyətin siyasi iradəsi olmalıdır. Ona görə də, Azərbaycanda siqaret və digər zərərli məhsullara Ukraynadakı kimi məhdudiyyətlərin qoyulmasına inanmıram. Hətta tütün məmulatlarının qiymətlərinin aşırı dərəcədə artırılması ilə bağlı təkliflə də çıxış etmişəm. Çünki indi siqaretlərin qiyməti azyaşlılar üçün çox əlçatandır.

Qiymətdən əlavə, siqaretin zərərləri ilə bağlı ciddi təbliğat və maarifləndirmə işləri də görülməlidir. Məsələn, qeyri-hökümət təşkilatları bu istiqamətdə müəyyən layihələr həyata keçirə bilər. Həmçinin qadağalardan əvvəl cəmiyyət özü zərərli məhsulları iqnor etməlidir. Başqa sözlə desək, məhdudiyyəti birinci özümüz özümüzə tətbiq etməliyik”.

Sadiq Cavadov

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv