!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qiymətli kağızlara meylin az olma SƏBƏBLƏRİ: “Mərkəzi Bank və əlaqədar qurumlar bunları etməlidir" - İqtisadçı rəyi

!Reklam – Yazi

“Əhali tərəfindən qiymətli kağızlara maraq çox azdır”.

Bunu qiymətli kağızlar bazarının hazırkı vəziyyətini dəyərləndirən iqtisadi ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, dünya praktikasında insanlar fond birjalarından olan əlavə dividentlərə görə bunda maraqlıdırlar və bu təcrübədən istifadə etmək mümkündür.

“Ölkədə qiymətli kağızlar bazarının fəaliyyəti demək olar ki, yox dərəcəsindədir. Bəzi səhmdar cəmiyyətlərin dövriyyəyə səhm buraxmağına baxmayaraq, bunun fond birjalarında daha az effekt verdiyinin şahidi oluruq. Sözsüz ki, bu mənfi hal hesab olunur. Həm Mərkəzi Bank, həm də əlaqədar qurumlar fond birjasını daha da inkişaf etdirməlidirlər. Bunun üçün də səhmdar cəmiyyətin fəaliyyətləri tənzimlənməlidir. Əsas məsələ bundan ibarətdir ki, əhali tərəfindən qiymətli kağızlara maraq çox azdır. Səbəbi isə sözügedən səhm təşkilatlarının fəaliyyət və hesabatlarında şəffaflığın olmamasıdır. Digər bir səbəb əldə olunan səhmlərlə bağlı dividentlərin vaxtında və ya, ümumiyyətlə, ödənilməməsiylə bağlıdır. Bu da əhalinin qiymətli kağızlara olan inam və marağın azalmasına gətirib çıxarır.

Dünya təcübəsinə müraciət etsək, insanların fond birjalarında əlavə divident və vasaitlərin əldə etdiklərinin şahidi olarıq. Bu amil də onların maddi durumuna müsbət təsir göstərir. Nəticə etibarilə bu sahəyə olan maraq özünü doğruldur. Çox təəssüf ki, bu bazar hazırda Azərbaycanda inkişaf etməyib. Digər tərəfdən ölkə əhalisinin bir hissəsi xarici fond birjalarına maraq göstərirlər. Bu da onunla bağlıdır ki, orada daha çox gəlir və sabitlik müşahidə edilir.

Düşünürəm ki, ölkədə qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üçün ilk növbədə səhmdarların fəaliyyət və şəffaflığına nəzarət edilməli, hüquqi baza möhkəmləndirilməlidir. Bu halda biz qiymətli kağızlar bazarında canlanmadan söhbət aça bilərik”.

Yusif Səmədzadə

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv