!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qiymətli kağızların BAZARA “AXIN”I: “Qüvvəyə minmiş yeni qaydaların tətbiqindən sonra...” - Millət vəkili

!Reklam – Yazi

“Mərkəzi Bankın qiymətli kağızlarla bağlı həyata keçirəcəyi bu siyasət bazarda investisiya alətlərinin əhatə dairəsini genişləndirəcək”.

Bu fikirləri Mərkəzi Bankın (AMB) qiymətli kağızların emissiyası və tədavülünü tənzimləyən yeni qaydaları təsdiqləməsini şərh edən Milli Məclisin deputatı Azər Badamov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, yeni qaydaların tətbiqindən sonra bazarda qiymətli kağızların həcmi artacaq və bu da sahibkarlığın inkişafına təkan verəcək:

“Pul və yaxud əmtəə sənədləri olan qiymətli kağızlar sahibinə mülkiyyət, həmçinin müəyyən pul məbləğlərinin, gəlirlərin alınması hüququ verir. Qiymətli kağızlar – pul kapitalını cəlb etmək üçün silsilə ilə buraxılan səhm, istiqraz, dövlətin borc öhdəlikləri, onlardan törəyən sənədlərdir.

Mərkəzi Bankın qiymətli kağızlarla bağlı həyata keçirəcəyi bu siyasət bazarda investisiya alətlərinin əhatə dairəsinin genişləndirilməsinə imkan yaradacaq. Qüvvəyə minmiş yeni qaydaların tətbiqindən sonra bazarda qiymətli kağızlar artacaq və bu da sahibkarlığın inkişafına dəstək olacaq.

Belə ki, bununla kiçik və orta biznesin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin ediləcək. Bu, həm qiymətli kağızları alan şəxslərə gəlir qazandıracaq, həm də investisiya layihələrinin dəstəklənməsi imkanlarını genişləndirəcək”.

Yusif Səmədzadə

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv