!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qızı əsir saxlayanlar erməni biznesmenin qohumları imiş - VİDEO

!Reklam – Yazi

Rusiyanın Tambov şəhərində evlənməkdən imtina edən qızın oğurlanması işi üzrə təqsirləndirilən şəxslərin axtarışda olan yerli biznesmen Camal Şamoyanın qohumları olduğu üzə çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verir.

Bildirilir ki, C.Şamoyan 2020-ci ildə yol təmiri üçün 110 milyon rubldan çox pulu mənimsəməkdə təqsirli bilinib. O, altı il müddətinə azadlıqdan məhrum edilib, ancaq ədalətdən gizlənib.

Şamoyan Rusiya Daxili İşlər Nazirliyinin axtarış siyahısındadır. Məlumatlara görə, iş adamı əvvəllər də axtarışda olub. Biznesmenin başqa cinayət işində təqsirləndirilən şəxs olub-olmadığı barədə məlumat verilmir.

Xatırladaq ki, sosial şəbəkələrdə evlənməkdən imtina edən 18 yaşlı Bella Ravoyanın 20 yaşlı Amik Şamoyan və qohumları (atası Ohannes və böyük qardaşı Alo) tərəfindən qaçırılmasının görüntüləri yayılmışdı. Qız bir neçə günlük əsirlikdən sonra qaça bilmişdi.

Sosial şəbəkələrdə həmçinin Bellanın atasının övladını qaçıranların kafesinə silahlı basqın etdiyinin görüntüləri yayılıb./Oxu.az/

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv