!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızıl almaq istəyənlər NƏZƏRİNƏ: Qiymətlər fantastik artacaq

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,26% artaraq 2 038,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,06% artaraq 23,33 dollar təşkil edib.

Qeyd edək ki, dünya birjalarındakı bu cür qiymət dəyişikliyi Azərbaycana da təsirsiz ötüşmür. Hazırda bir sual aktualdır: Qızıl və gümüşün qiymətlərindəki bu artıma səbəbi nədir?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Asif İbrahimov bahalaşmanın səbəbini açıqlayıb:

“Dünyada baş verən siyasi, iqtisadi və hərbi proseslər qiymətli metallara, xüsusilə də qızıla olan tələbatı gücləndirir. İnsanlar adətən qeyri-stabillik hiss etdikdə, öz vəsaitlərini bu formada yatırım edərək saxlamağa çalışırlar. Banklar, zərgərlər, hətta dövlətlər belə, pul ehtiyatları ilə yanaşı qızıl ehtiyatlarını da toplamağa davam edirlər. 2023-cü ildə qızıl birjalarında bu proses aktiv şəkildə cərəyan etdi. 2024-cü ilin əvvəlində isə fantastik dərəcədə qiymət artımı müşahidə olunmağa başlayıb”.

Ekspert bildirir ki, bu il də dünya qızıl bazarında kifayət qədər bahalaşma gözlənilir:

“Düşünürəm ki, qızıla bu formada olan təlabat ötən ildə olduğu kimi növbəti aylarda da özünü göstərməyə davam edəcək. Bahalaşmanın səbəbi də məhz bu sahəyə olan yatırımlarla bağlıdır.

Artıq dünya qızıl birjalarında qiymət artımını yeni ilin ilk günlərindən hiss etmək mümkündür. Hətta bu üzrə verilən proqnozlarda bildirilir ki, qızılın bir unsiyasının qiyməti 2,5 min dollara qədər artacaqdır”.

www.yenicag.az

148
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv