!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızıl mağazasında soyğunçuluq edən şəxs SAXLANILDI - FOTO

!Reklam – Yazi

İsmayıllıda qızıl mağazasında soyğunçuluq edən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən ona məxsus qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına gələn tanımadığı bir nəfərin soyğunçuluq, yəni açıq talama yolu ilə 2 100 manat dəyərində olan qızıl boyunbağını ələ keçirdiyini deyib.

Müraciət əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluq və dələduzluq əməllərinə görə məhkum olunmuş Elbəy İmanov Bakı şəhərində saxlanılıb.

O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Elbəy İmanov boyunbağını paytaxtda satdığını, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyini bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv