!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qızıl top”un qalibi: “Messi bu mükafata layiq deyildi”

!Reklam – Yazi

“Messi “Qızıl top”a layiq deyildi”.

Yenicag.az xəbər verir ki, bunu Almaniya millisinin heyətində dünya və Avropa çempionu olan, 1990-cı ildə “Qızıl top”u qazanan Lotar Matteus mükafatın argentinalı futbolçu Lionel Messiyə verilməsinə münasibət bildirərkən deyib.

Onun fikrincə, titul İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holanna verilməli idi: “Holann ötən mövsüm Messidən yaxşı oynadı. Mükafatın Messiyə verilməsi onu göstərir ki, dünya çempionatı “Mançester Siti”nin “trebl”indən daha dəyərlidir. Holann bir çox qol rekordlarını qırdı. Mənim üçün onun tayı-bərabəri yoxdur”.

Qeyd edək ki, Lionel Messi karyerasında 8-ci dəfə “Qızıl top”a yiyələnib. Erlinq Holann isə səsvermədə ikinci yeri tutub.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv