Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qızıl və gümüşün qiyməti dəyişdi

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yenicag.az-ın məlumatına görə, sentyabrın 1-də qızılın qiyməti avqustun 31-i ilə müqayisədə 30,192 manat (0,9 faiz) artaraq 1 unsiya üçün 3 377,6705 manat təşkil edib.

Gümüş 1,1611 manat (2,44 faiz) bahalaşaraq 1 unsiya üçün 48,7747 manata bərabər olub.

Platinin qiyməti 17,6885 manat (1,11 faiz) artaraq 1 611,906 manat, palladiumun qiyməti 114,563 manat (3,04 faiz) artaraq 3 888,3845 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 41,905 manat (1,3 faiz) bahalaşıb, gümüş 7,7647 manat (18,9 faiz) bahalaşıb, platin 33,8045 manat (2,1 faiz) bahalaşıb, palladium 252,5435 manat (6,9 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 782,561 manat (30,2 faiz) bahalaşıb, gümüş 17,6978 manat (56,9 faiz) bahalaşıb, platin 50,983 manat (3,3 faiz) bahalaşıb, palladium 1 362,3885 manat (53,9 faiz) bahalaşıb.

www.yenicag.az

265