!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızılağac Milli Parkında qanunsuz balıq ovlayan şəxs saxlanıldı

!Reklam – Yazi

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı parkın “Kiçik körfəz” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

O bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayonu, Şirinsu kənd sakini Eldəniz Niftullayev olduğu və təbiətə 1023 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma davam edir”.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv