!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızılağac Milli Parkının ərazisində yanğınsöndürmə tədbirləri davam etdirilir

!Reklam – Yazi

Qızılağac Milli Parkının ərazisində intensiv yanğınsöndürmə tədbirləri davam edir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Yenicag.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin iki helikopteri hadisə ilə əlaqədar əraziyə cəlb olunub. Hazırda intensiv yanğınsöndürmə tədbirləri davam etdirilir.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv