!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızılca bitmədən vüsət alan HEPATİT A: “Bu xəstəlik qaraciyərində problem olan insanlarda...”

!Reklam – Yazi

 

“Hepatit A-nın dünya miqyasında böyük bir pandemiyaya səbəb olacağını düşünmürəm”.

Bu fikirləri Azərbaycanda Hepatit A virusuna yoluxma hallarının artmasının səbəbləri haqda danışan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu virus xəstənin hüceyrələrinə daxil olaraq onun resurslarından istifadə edir:

“Əvvəl onu qeyd edim ki, infeksion sarılıq dediyimiz xəstəlik Hepatit A-dır. Bütün Hepatit B, C, D, E və digər bu virusun formaları Hepatit A-dan transformasiya olub.

Ümumiyyətlə, bu, qaraciyər hüceyrələrində “lövbər” salan virusdur və qaraciyər hüceyrələrinin içərisinə girərək onun resurslarından istifadə edir, artıb çoxalır və hüceyrələrin dağılmasına gətirib çıxarır.

Ona görə də xəstənin öz piqmentləri artaraq qana sovrulur, onlar dəridə sferaya hopur və sarılıq yaradır. Bu səbəbdən, xəsləliyin adı infeksion sarılıqdır.”

Mütəxəssis onu da qeyd edib ki, bu xəstəlik qaraciyərində problem olan insanlarda serroza da gətirib çıxara bilər:

“Bu xəstəlik həm də yoluxucudur. Xəstəlik fekal-oral yolla – xəstənin virus eksperimentləri ilə xaric olur və sağlam insan da bu vasitə ilə yoluxur. Xəstəliyin su hövzəsində yayılması tam təbiidir. Hepatit A-nın dünya miqyasında böyük bir pandemiyaya səbəb olacağını düşünmürəm.

Lakin nəzərə alaq ki, virusların getdikcə dəyişilərək performans göstərmələri hər halda narahatlıq doğurur. Bu xəstəlik qaraciyərində problem olan insanlarda serroza da gətirib çıxara bilər. O baxımdan, xəstəliyin ciddiliyi qəbul edilməlidir.

Epidemoloji tədbirlər sırasında ilk növbədə insanların ehtiyatlı olması, qorunması, xəstələrlə təmasdan çəkinməsi, xəstələri isə ayrıca təcrid vəziyyətində saxlamaq lazımdır”.

İsmayıl Bakuvi

www.yenicag.az

2117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv