!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızılın qiyməti sabit qaldı

!Reklam – Yazi

ABŞ-da inflyasiya statistikasının açıqlanmasının gözlənildiyi bir zamanda qızılın qiyməti sabit qalmaqdadır. Belə ki, bu statistik göstəricilər Federal Ehtiyatlar Sisteminin (FES) gələcək pul-kredit siyasətinə təsir göstərə bilər.

Yenicag.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,07% və ya 1,25 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1723,55 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,48% düşərək 1 unsiyası 18,867 ABŞ dolları təşkil edib.

Bazarda həftənin əsas hadisələrindən biri ABŞ-da inflyasiya statistikasının açıqlanması olacaq. Ekspertlər hesab edirlər ki, iyun ayında ölkədə illik inflyasiya səviyyəsi 8,8% təşkil edəcək. Bu cür yüksək inflyasiya FES-in monetar siyasəti sərtləşdirməsi üçün işarə ola bilər. Bu isə bir tərəfdən ABŞ dollarını dəstəkləsə də, digər tərəfdən qızılın qiymətinə mənfi təsir göstərir.

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv