!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızını öz evində 30 il əsir saxlayan təriqət lideri həbsxanada öldü

!Reklam – Yazi

Londonda bır sıra cinsi təcazüv törətmiş, qızını 30 il öz evində əsir saxlamış Maoçu təriqət lideri Aravindan Balakrişnan 81 yaşında həbsdə ölüb.

Özünü yoldaş Bala adlandıran Aravindan öz təriqətini quraraq ardıcıllarını Allah kimi gücü olduğuna inandırıb.

O, 2016-ci ildə uşaq qəddarlığına, əsassız saxlamaya və təcavüzə görə 23 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, həmçinin öz təriqətinin iki üzvünü zorlamaqda ittiham olunub.

Aravindan 1970-ci ildə Marksist-Leninist-Maoçu İşçilərin fikir institutu təriqətini yaradıb və təriqət üzvlərinin fikirlərini oxuduğuna onları inandırıb.

Aravindanın qızı tez-tez döyüldüyünü, məktəbə getməyə və başqaları ilə dostluq qurmasına atası tərəfindən icazə verilmədiyini bildirib.

Atasını narsist və psixopat adlandıran qızı deyir:

“Onun pərəstiş etdiyi insanlar Stalin, Mao, Pol Pot və Səddam Hüseyn idi. Onları tənqid etmək olmazdı”./Qaynarinfo /

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv