!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qızlardan ibarət voleybol millimiz Ukraynaya uduzdu

!Reklam – Yazi

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında üçüncü oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Ukrayna ilə qarşılaşıb.

Oyun yığmanın 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya da eyni hesabla uduzub.

U-20 sabah Litva, yanvarın 7-də isə Polşa milliləri ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv