!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qızların qarşılaşdığı çətinliklər: Əsas məqsədlər AÇIQLANDI

!Reklam – Yazi

“Qızların qarşılaşdığı çətinliklər daha çox olduğuna görə, onların ilhamlandırılması və səlahiyyətləndirilməsi, eyni zamanda müxtəlif peşə və karyeralarda inkişaflarına dəstək olmağa çalışırıq”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Gender Hub” qeyri-hökumət təşkilatının təsisçisi Məryəm Məcidova Milli Azərbaycan Tarixi Muzeyində “For Azerbaijan” Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş qrant müsabiqəsinin nəticələrinin təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

 

O bildirib ki, əsas məqsəd məişət və gender zokarılıqla mübarizə aparmaqdır.

“Gender Hub” QHT artıq 4 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Əsas məqsədimiz məişət və gender zokarılıqla mübarizə aparmaqdır. Təbii ki, gender əsaslı zorakılığın əsas istiqamətlərindən biri gender stereotipləri ilə mübarizədir. Qızların və oğlanların cəmiyyətdə qarşılaşdığı önyarğı və çətinliklərdir. Qızların qarşılaşdığı çətinliklər daha çox olduğuna görə, onların ilhamlandırılması və səlahiyyətləndirilməsi, eyni zamanda müxtəlif peşə və karyeralarda inkişaflarına dəstək olmağa çalışırıq. Gender streotipləri “qız nədir, texnologiya, kodlaşma nədir, bu oğlan işidir” formalaşan fikridir. Cəmiyyətdə “qadının beyni, kişininkindən daha zəifdir” kimi önyarğılar var. Hətta bunu araşdırma kimi də qələmə verirlər. Biz sorğulamaq, təfəkkürü, düşüncəni inkişaf etdirmək üçün fəaliyyət göstəririk”, – deyə o bildirib.

O qeyd edib ki, bu layihə çərçivəsində 4 regionda-Ağstafa, Lənkəran, Şəki, və Bakıda xüsusilə, məktəbli qızlarla peşə seçimi istiqamətində onlara dəstək göstərirlər:
“Texnologiya və texniki sahələrdə – rəqəmsallaşma, süni intellekt kimi sahələri onlar üçün daha əlçatan etməyə çalışacağıq. Bəzən bu regionda yaşayan gənclərimiz üçün əlçatan səslənmir. Biz bunu onlar üçün əlçatan edərək gənclərə uyğun həyata keçirilməsi üçün çalışırıq. Gəclərə mütləq şəkildə mentor dəstəyi olacaq.

Mentor dəstəyi ilə onlar öz üzərilərində mütamadi olaraq işləyə biləcəklər. 6 ay müddətində davam edəcək layihədə noyabr sayında yekunlaşacaq və ictimaiyyətə nəticələr haqqında məlumat veriləcək”.

İsmayıl Bakuvi

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv