!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qızlarınızı “mətbəx kombaynı” olmağa məruz qoymayın” - Aktrisadan ÇAĞIRIŞ

!Reklam – Yazi

“Qız uşağını özünüzə qul-nökər, qardaşlarına dayə doğmayın. Sağlam nəsil fiziki və psixi sağlam qadının bətnində yaranır”.

Yenicag.az xəbər verir ki, bunu aktrisa Aydan Axundzadə ailələrdə və cəmiyyətdə qız uşaqlarına olan münasibətlə bağlı sosial media hesabındakı paylaşımında yazıb.

“Təki elə dövr və dünya qura bilək ki, qızlarımız cinsəl diskriminasiyaya, sadəcə qız doğulduqları üçün hüquqi məhdudiyyətlərə, təcavüzə, yalnız “mətbəx kombaynı” olmağa məruz qalmasınlar. Onların da səsi, düşüncəsi, haqqı nəzərə alınsın. Qızlarımızı sevgiylə böyüdək. Onlara istənilən, gözlənilən, arzulanan övlad olduqlarını hiss etdirək. Sevginin və düzgün ailə institutunun təməli valideynlərdən gəlir. Qızlarınıza kifayət qədər sevgi və dəstək verin ki, gələcəkdə o sevginin aclığından hər zalımın zülmünə dözməli olmasınlar, “eybi yox, anam atama dözüb, mən də dözərəm” düşüncəsiylə ömür çürütməsinlər. Öz ayaqları üstündə dura biləcək qədər təhsil və özgüvənləri olsun. Qız uşağını özünüzə qul-nökər, qardaşlarına dayə doğmayın. Sağlam nəsil fiziki və psixi sağlam qadının bətnində yaranır”.

Qeyd edək ki, Aydan Axundzadə aktyor İbrahim Çingizin həyat yoldaşıdır.

Cəvahir

www.yenicag.az

509
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv