Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qızmar hava davam edəcək

İyulun 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Yenicag.az

www.yenicag.az

310
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM