!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bahalaşmada mühüm nüans: “Rusiyanın Ukraynaya hərbi təcavüzünün taxıl ixracına təsiri... ” - ŞƏRH

!Reklam – Yazi

“Dünya taxıl bazarının təxminən 30 faizə qədəri Ukrayna və Rusiya tərəfindən təmin olunur”.

Bu sözləri qlobal ərzaq qiymətlərinin bahalaşma səbəblərini şərh edən iqtisadi ekspert Fikrət Yusifov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, hökumət qlobal qiymət artımının qarşısını almaq məqsədilə mövcud imkanlardan istifadə etməyə çalışır:

“Dünya bazarlarında son bir neçə ildə ərzaq məhsullarının bahalaşmasının başlıca səbəblərindən biri Ümumdünya Pandemiyasının dünya iqtisadiyyatı üçün yaratdığı problemlərlə bağlı idi. Bu gün şahidi olduğumuz ərzaq bahalaşmasının ikinci ciddi səbəbi isə Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində dünyanın taxıl bazarında aparıcı oyunçular olan bu iki ölkə arasında gedən müharibə səbəbindən taxılın istehsalının azalması, ixracına qadağaların qoyulmasıdır.

Nəzərə almaq lazımdır ki, dünya taxıl bazarının təxminən 30 faizə qədəri Ukrayna və Rusiya tərəfindən təmin olunur. Ukrayna 2022-ci ildə müharibə səbəbindən əkin sahələrinin 50 faizinə qədərində taxıl əkə bilməyib. Bütün bunlar dünyada ərzaq qiymətlərinə ciddi təsir edə bilən səbəblərdir.

Azərbaycan dünya iqtisadi müstəvisinin bir parçası olduğu üçün belə qiymət artımlarının ondan yan keçməsi mümkün deyil. Lakin, hökumət mümkün rıçaqlar vasitəsilə prossesi maksimum nəzarətdə saxlamağa çalışır. Yerli istehsalın artırılması vəziyyəti tənzim etməyin ən yaxşı yollarından biridir ki, son illərdə də bu istiqamətdə bir çox işlər görülüb”.

Yusif Səmədzadə

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv