!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarda yönələn nəzərlər: ABŞ-nin inflyasiya məlumatları

!Reklam – Yazi

Qlobal bazarlarda inflyasiya və tənəzzül narahatlıqlarına görə nəzərlər ABŞ-də açıqlanacaq inflyasiya məlumatlarına yönəlib.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, dünyada iqtisadi aktivliklə bağlı narahatlıqların günə -gündən artdığı dönəmdə ABŞ-də açıqlamalardan gələn qarışıq siqnallar qiymətləri çətinləşdirməyə davam edir.

Ötən həftə ABŞ-də inflyasiya narahatlıqları qismən azalsa da, tənəzzüllə bağlı narahatlıqlar qiymətlərə də təsir göstərib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) iclas protokollarından alınan məlumatlar da qiymətlər üzərində gərginliyi artırıb.

Belə ki, sözügedən protokollar bəzi FED rəsmilərinin iyun toplantısında faiz dərəcəsinin 25 bənd artırılmasının tərəfdarı olduqlarını üzə çıxarıb. Adıçəkilən sənədlərdə bütün FED rəsmilərinin pul siyasətində sərt duruşun davam etdirilməsinin məqsədəuyğun olacağı fikrində olduqları bildirilib.

Həmçinin Nyu-York FED sədri Con Uilyams FED rəsmilərinin açıqlamalarını izləyərkən bankın iyun ayında faiz dərəcəsini sabit saxlamaq qərarını dəstəklədiyini bəyan edib.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv