!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarı çətin duruma salan FED qərarı: Faiz dərəcələri 50 baz bənd artacaq - PROQNOZ

!Reklam – Yazi

ABŞ Federal Ehtiyat Sisteminin (FED) dünən açıqladığı pul siyasəti qərarı qlobal bazarlara mənfi təsirini göstərməkdədir.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, ötən gün FED dördüncü dəfə siyasət faizini 75 baza bəndi artıraraq 3,75-4 faiz aralığına çatdırıb. Bu isə son 15 ilin ən yüksək səviyyəsidir.

FED sədri Cerom Pauel mətbuat konfransında çıxış edərkən qeyd edib ki, indiki məqamda faiz artımlarına fasilə verilməsi olduqca tezdir. Bu fonda faiz dərəcəsindəki son səviyyə hətta gözləniləndən yüksək ola bilər.

Analitiklərə görə, FED-in dekabr ayında faiz dərəcələrini 50 baz bənd artıracağı gözlənilir. Bununla yanaşı, oktyabr ayında İstehlak Qiymətləri İndeksinin (CPI) aylıq 3,54, illik isə 85,51 faiz artacağı proqnozlaşdırılır.

Gülşən

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv