!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarlarda FED-in FAİZ QƏRARI

!Reklam – Yazi

ABŞ-də açıqlanan makro iqtisadi xəbərlər bir tərəfdən ölkə iqtisadiyyatının yaxşılaşdığını, digər tərəfdən isə inflyasiya təzyiqlərinin hələ də davam etdiyini göstərir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu dünya analitikləri qeyd edib. Belə ki, tənəzzüllə bağlı narahatlıqlar azalsa da, enerji qiymətlərindəki artım inflyasiya narahatlıqlarına səbəb olub və bu da FED-in gələcək siyasətinə təsir göstərə bilər.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul bazarlarındakı qiymətlərə görə, sentyabr toplantısında siyasət faizini sabit saxlayacağının qəti olduğunu xatırladan analitiklər, ABŞ-də baza inflyasiyanın tədricən azaldığına və güclü mövqeyə diqqət çəkiblər.

Mütəxəssislər inflyasiya təzyiqləri və pul bazarlarındakı qiymətlər səbəbiylə FED-in ilin sonuna qədər faiz dərəcələrini azaltma ehtimalının tamamilə aradan qalxacağını bildiriblər.

Digər tərəfdən, Beynəlxalq Kredit Reytinq Agentliyi (Fitch Ratings) qlobal iqtisadiyyat üçün artım gözləntilərini bu il 2,4 faizdən 2,5 faizə yüksəldib.

Həmçinin Beynəlxalq Valyuta Fondu (BVF) qlobal borcun ötən il Covid-19 epidemiyası dövründəki əvvəlki səviyyələrindən xeyli yuxarı qaldığını və uzunmüddətli yüksəliş tendensiyasına qayıda biləcəyini bildirir.

Açıqlamada qeyd olunur ki, qlobal borc 235 trilyon dollar təşkil edib ki, bu da 2021-ci ildəki səviyyəsindən 200 milyard dollar çoxdur.

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv