!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarlarda MÜSBƏT TENDENSİYA: İnvestorlar Avropa ilə Yaponiyanın qərarını gözləyir

!Reklam – Yazi

Qlobal bazarlar yeni həftəyə müsbət tendensiya ilə başlasa da, investorlar Avropa və Yaponiya mərkəzi banklarının cümə axşamı açıqlayacağı faiz dərəcələrinə fokuslanıblar.

Yenicag.az haberglobal-a istinadən bildirir ki, pul bazarlarında FED-in iyul ayında faiz dərəcələrini 70 faiz ehtimalı ilə 75 bənd artıracağı, eyni zamanda sentyabr toplantısında 50 faiz ehtimalının 75 bənd və 33 faiz olacağı proqnozlaşdırılır.

Bu isə faiz nisbətlərində 50 faizlik bənd artımı ehtimalı deməkdir. Avropa və Yaponiya mərkəzi banklarının cümə axşamı açıqlanacaq faiz qərarları ilə yanaşı, balans hesabatlarının açıqlanması da investorların diqqət mərkəzindədir.

Belə ki, bu həftə “Goldman Sachs”, “Tesla”, “Netflix” və “Bank of America” kimi böyük şirkətlərin balans hesabatlarını açıqlayacaqları gözlənilir.

Avropada bu həftə Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı, İtaliyadakı siyasi hadisələr və Rusiyanın iyulun 21-də qaz axınına yenidən başlayacağı ilə bağlı məsələlər də investorları narahat edən amillərdəndir.

Gülşən Şərif

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv