!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarlarda müsbət tendensiyalar

!Reklam – Yazi

Dünyanın önəmli mərkəzi banklarının pul siyasəti qərarları açıqlandığı həftənin son ticarət günündə qlobal bazarlar müsbət tendensiyada irəliləyərkən, bu gün açıqlanacaq əsas Satınalma Menecerləri İndeksi (PMI) məlumatları böyük maraq doğurub.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, dünya mərkəz banklarının pul siyasətiylə bağlı qərarları açıqlanarkən, gələcək dövrlə bağlı alınan siqnallar faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə saxlanıla biləcəyi gözləntiləri artırdı.

ABŞ Federal Ehtiyat Sistemi (FED) və İngiltərə Mərkəzi Bankının (BoE), ardınca Yaponiya Mərkəzi Bankı (BoJ) pul siyasət faizini dəyişməz istiqamətləndirib.

Analitiklər, FED-in faiz siyasətini gözləntilərə uyğun olaraq sabit saxlasa da, ilin qalan hissəsində faiz dərəcələrini yenidən artıra biləcəyinə işarələr etdiyi bildirilir. FED sədri C. Povell inflyasiyanın qarşısında hələ uzun bir müddət olduğunu xatırladıb və hədəfə yaxınlaşdıqlarını qeyd edib.

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv