!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarlarda nəzərlər FED-in faiz qərarına YÖNƏLDİ

!Reklam – Yazi

Qlobal bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini uzun müddət daha yüksək tutacağına dair mənfi tendensiya gözlədiyi halda, bu gün FED sədri C.Povellin çıxışı investorların diqqətini cəlb edib.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, FED-in bu gün keçiriləcək Pul Siyasəti Şurasının iclasında faiz dərəcəsini sabit saxlayacağı dəqiq olsa da, ilin qalan hissəsində pul bazarlarında tutacağı yolla bağlı qeyri-müəyyənlik yaşanır.

Analitiklər bildirirlər ki, bankın gələcəkdə hansı addımlar atacağına dair siqnalları siyasət mətnində və Powellin açıqlamalarında əks olunacaq.

FED-in faiz dərəcələrini daha uzun müddət yüksək tutacağına dair narahatlıqların artdığını ifadə edən analitiklər, ABŞ-nin 10 illik xəzinə istiqrazlarının və faizlərinin 2007-ci ilin noyabrından bəri ən yüksək səviyyədə olduğuna diqqət çəkiblər.

Qeyd edək ki, iqtisadi təhlilçilər təkliflə bağlı narahatlıq üzündən son 10 ayda ən yüksək həddə çatan neft qiymətlərinin qlobal mərkəzi bankların inflyasiya ilə mübarizəsini daha da çətinləşdirə biləcəyini vurğulayırlar.

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv