!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarlarda qeyri-müəyyənlik: İnvestorlar gözləmə mövqeyindədirlər

!Reklam – Yazi

Enerji təchizatı Avropanın əsas problemi olaraq qalmaqda davam etsə də, makroiqtisadiyyatla bağlı gözlənilən açıqlamanın bazarlardakı volatilliyi artıracağı proqnozlaşdırılır.

Yenicag.az “Haber Golabal”a istinadən bildirir ki, qarşıdakı dövrdə qlobal bazarlarda ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha yavaş artıracağı gözlənilir. Bu dəyişiklik isə investorların qərarlarında müəyyənedici rol oynayacaq.

Ümumilikdə, ABŞ-də iqtisadiyyatın tənəzzülə uğraya biləcəyinə dair ehtimallar güclənməkdə davam etsə də, şirkətin ikinci rübdəki maliyyə nəticələri fond bazarlarını dəstəkləyir. Ötən gün “Apple” şirkətinin açıqladığı hesabata görə, aprel-iyun dövründə gəlirləri artsa da, mənfəətinin azaldığı müşahidə olunur. “Amazon” şirkəti isə gəlirlərinin artmasına baxmayaraq, zərərə uğradığını bildirib. Hər iki şirkətin maliyyə nəticələrinin bazar gözləntilərini aşması risk iştahını artırmaqla yanaşı, makroiqtisadiyyatla bağlı qeyri-müəyyənliyin mövcudluğu qiymət balansını da çətinləşdirir.

Gülşən Şərif

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv