!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarlarda QEYRİ - SABİTLİK

!Reklam – Yazi

Dünən ABŞ-də iqtisadi məlumatlarda aktivliklə bağlı narahatlıqların artmasından sonra qlobal bazarlarda qeyri-sabit məzənnə izlənməkdədir.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin iqtisadi yönləndirmələri həftənin əvvəlindən davam etməsinə baxmayaraq, dünən açıqlanan məlumatlar ABŞ iqtisadiyyatı ilə bağlı mənfi siqnallar verib.

FED-in faiz dərəcələriylə əlaqəli yüksək proqnozları İstehlakçı Güvən İndeksində göstəricilərin aşağı düşməsiylə nəticələnib. Belə ki, sentyabrdakı indekslər 5,7 bənd azalaraq 103-ə enib. Bununla da indeks son 5 ayın ən aşağı səviyyəsinə düşüb. Analitiklərin fikrincə, açıqlanacaq məlumatlarla bazarlarda volativliyin arta biləcəyi ehtimalı mövcuddur.

Həmçinin qeyd etmək lazımdır ki, Beynəlxalq Kredit Reytinqi Agentliyi Standard & Poor’s (S&P) istehlakçıların xərclərini azaltması səbəbindən ABŞ-də iqtisadi artımın gələn il trenddən aşağı düşə biləcəyini bildirib.

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv