!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarların gözlədiyi MESAJ: İnvestorlar nədən narahatdır?

!Reklam – Yazi

Qlobal bazarlar həftəyə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) siyasətində yaşanan müsbət gözləntilərlə başlayıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, bu həftə FED sədri Ceromi Pauellin mühüm açıqlamalarla çıxış edəcəyi gözlənilir.

Bununla əlaqədar ötürülən mesajlar investorların diqqət mərkəzindədir. Qlobal makroiqtisadi məlumatlar faiz siyasətinin maksimum səviyyəyə çatdırılacağı gözləntilərini artırıb.

ABŞ-da kənd təsərrüfatında məşğulluq göstəricilərinə aid yeni statistika da bununla bağlı narahatlığı dərinləşdirib.

Məlumata əsasən, ilin oktyabr ayında ABŞ-ın aqrar sektoruna 150 min nəfər daxil olsa da, bu sahədə işsizlik nisbəti 3,8 faizdən 3,9 faizə yüksələrək son 21 ayın ən yüksək səviyyəsinə çatıb.

Analitiklər ABŞ-da gözləntilərin altında olan məşğulluq artımının ölkədəki dinamik əmək bazarında durğunluğun başladığına işarə kimi qəbul edir. Təhlilçilər investorların FED-in faiz artımlarına son qoyacağına dair gözləntilərinin artdığını da vurğulayıblar.

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv