!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal biznes üçün artan RİSKLƏR: Banklar xəbərdarlıq edir

!Reklam – Yazi

ABŞ Federal Ehtiyat Sistemi (FED) geosiyasi gərginliyin artmasının qlobal bazarlara mənfi təsir göstərəcəyini bəyan edib.

Yenicag.az “Habertürk”ə istinadən xəbər verir ki, FED ABŞ maliyyə sistemindəki mövcud vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən “Maliyyə sabitliyi hesabatı”nın oktyabr buraxılışını yayımlayıb.

Hesabatda geosiyasi gərginliyin kəskinləşməsinin qlobal bazarlara mənfi təsirlərindən bəhs olunur.

Sənəddə həmçinin bildirilir ki, İsrail-Fələstin toqquşması Rusiya-Ukrayna müharibəsi fonunda gərginliyi daha da artırır və bu şəraitdə qlobal iqtisadi fəaliyyət üçün əhəmiyyətli risklər yaradır.

Bu da regional ərzaq, enerji və digər əmtəə ticarətində davamlı fasilələrə gətirib çıxara bilər. ABŞ banklarının hesabatlarında isə aktivlərin qiymətlərində müşahidə olunan azalmalar, eləcə də risk altında olan biznes və investorların itkilərlə üzləşəcəkləri qeyd olunur.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv