!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal ərzaq bazarında ŞOK PROSES: Son 30 ayda ilk dəfə...

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) oktyabrda bitki yağları, şəkər, taxıl və ət məhsullarının istehsalında azalma səbəbindən qlobal ərzaq qiymətlərinin son 30 ayda ən aşağı səviyyəyə düşdüyünü açıqlayıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, ərzaq məhsullarının bazar qiymətlərində aylıq dəyişikliklərini monitorinqini aparan Ərzaq Qiymətləri İndeksinin məlumatına əsasən, indekslər oktyabrda 0,5 faiz azalaraq 120,6 bənd təşkil edib.

Sözügedən rəqəmlər qeyd olunan məhsullar üçün 2021-ci ilin martından bu yana ən aşağı qiymətdir. Həmçinin taxılın qiymət indeksi də düyü və buğdanın ucuzlaşması səbəbindən aylıq 1 faiz, illik isə, 17,9 faiz aşağı düşüb.

Süd Məhsullarının Qiymət İndeksinə gəlincə, 9 aylıq ardıcıl azalmadan sonra indekslər 2,4 bənd artaraq 111,3 bənd təşkil edib. Qeyd olunur ki, FAO bu il qlobal taxıl istehsalı ilə bağlı proqnozunu ötən illə müqayisədə 0,9 faiz artıraraq 2,819 milyard ton səviyyəsində saxlayıb.

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv