!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal ərzaq qiymətlərində 1 ildən sonra İLK BAHALAŞMA 

!Reklam – Yazi

“Qiymət artımından narahatlıq duyan FAO Qara dəniz Taxıl Müqaviləsinin yenilənməsini vacib hesab edir”.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Qurumu (FAO) tərəfindən hazırlanan qlobal ərzaq qiymətləri indeksinin aprel ayı nəticələri açıqlanıb.

Qiymət indeksləri 12 aydan sonra ilk dəfə yüksələrək əvvəlki ayla müqayisədə 0,6 faiz artım təşkil edib.

Düyü qiymətlərindəki artımın narahatlıq doğurduğunu qeyd edən FAO-nun Baş iqtisadçısı Maximo Torero buğda və qarğıdalıda qiymət artımının qarşısını almaq məqsədilə Qara dəniz Taxıl Müqaviləsinin yenilənməsinin vacibliyindən söz açıb. Bununla yanaşı FAO bu il üzrə dünyada buğda istehsalının 785 milyon ton olacağını təxmin edir.

Həmçinin şəkərin qiymət indeksi mart ayı ilə müqayisədə 17,6 faiz artaraq 2011-ci ilin oktyabrından bəri ən yüksək həddə çatıb.

M. Torero qeyd edib ki, dünya iqtisadiyyatında durğunluq aradan qalxdıqca, ərzaqlara tələbat artacaq və beləliklə, qiymətlərin yüksəldiyinin şahidi olacağıq.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv